01:22 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN

Səfir sinaqoqda ABŞ-ı Azərbaycana qarşı qərəzli olmaqda günahlandırdı

AZƏRBAYCAN
Qısa URL
16 0 0

Ravvin Mark Şnayer: ABŞ yəhudiləri Azərbaycanda yəhudilərə olan münasibəti yüksək qiymətləndirirlər.

BAKI, 31 avq-Sputnik. Dünyada baş verən hadisələr fonunda ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının öz hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi elementar məntiqə sığmır.

Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Nyu-York ştatında Həmton Sinaqoqunda (Hampton Synagogue) Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilmiş tədbirdə səsləndirib.

Sputnik səfirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Nyu-York ştatında yerləşən ABŞ-ın yəhudi icmasının tanınmış və nüfuzlu mərkəzlərindən hesab olunan Həmton Sinaqoqunda (Hampton Synagogue) Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilmiş tədbir keçirilib. 

Açılış nitqi ilə çıxış edən ABŞ-ın yəhudi icmasının tanınmış simalarından olan ravvin Mark Şnayer (Marc Schneier) Azərbaycanı tolerantlıq və barış ölkəsi kimi xarakterizə edib. O, qeyd edib ki, Azərbaycanda yəhudi və müsəlmanlar barış, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu yaxınlarda Azərbaycana səfər etdiyini və bu zaman Azərbaycan Prezidenti İham Əliyevlə görüşdüyünü xatırlayan M.Şnayer, ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən, Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmasına xüsusi diqqət və qayğının olduğunu söyləyib. Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyən M.Şnayer, bunun təkcə iqtisadiyyat sahəsində deyil, cəmiyyətin bütün sahələrində hiss edildiyini vurğulayıb. 

M.Şnayer Bakı 2015 Avropa Oyunlarının Azərbaycan tərəfindən qısa zamanda, ən yüksək səviyyədə təşkil edildiyini bildirərək, bunun Azərbaycanın iqtisadi gücü və siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. 

Qeyd edək ki, M.Şnayer etnik və dini məsələlərin araşdırılmasında ABŞ-da aparıcı qurumlarından olan “Etnik Anlaşma Fondunun” (Foundation for Ethnic Understanding) rəhbəri olmaqla yanaşı, yəhudi-müsəlman anlaşmasını təşviq edən qabaqcıl simalardan biri kimi tanınır.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov bildirib ki, bir müsəlman ölkəsi olan Azərbaycanda bütün din və mədəniyyətlərə hörmətlə yanaşılır. “Məhz Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan yəhudi və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, bu gün də güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında yaxından iştirak edirlər” — deyə diplomat qeyd edib.

Regionda baş qaldıran radikal meyllərin qlobal təhdidə çevrildiyini vurğulayan diplomat, Azərbaycan kimi müsəlman, tolerant və inkişaf etmiş cəmiyyətin ekstremizm və radikalizmə ən uğurlu cavab olduğunu deyib. “Özündə proqressiv dəyərləri və dərin adət-ənənəni ehtiva edən Azərbaycan cəmiyyəti müsəlman və digər region ölkələri üçün nümunədir. Təəssüflə qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, vaxtaşırı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Buna ABŞ-ı misal göstərə bilərik. Dünyada baş verən hadisələr fonunda ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası öz hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir ki, bu da elementar məntiqə sığmır” – Elin Süleymanov deyib.

Həmpton Sinaqoqu ABŞ-ın yəhudi icmasının aparıcı mərkəzlərindən biri olmaqla yanaşı, yüksək səviyyəli dövlət nümayəndələrinin də tez-tez ziyarət etdiyi məkanlardandır.

Teqlər:
Həmton Sinaqoqu, Azərbaycanın ABŞ-dakı səfiri, Beynəlxalq Dini Azadlıq Komissiyası, Elin Süleymanov, Nyu-York, ABŞ

Əsas mövzular