07:13 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN

Əhməd Davudoğlu Azərbaycanla bağlı dünyaya mesaj verdi

AZƏRBAYCAN
Qısa URL
116910

Türkiyənin baş naziri: Nə qədər ki, Türkiyə Azərbaycanın yanındadır, onun sərhədlərində heç bir problem ola bilməz.

BAKI, 31 avq — Sputnik. Nə qədər ki, Türkiyə Azərbaycanın yanındadır, onun sərhədlərində heç bir problem ola bilməz.

Sputnik xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu 30 avqust — Zəfər bayramı münasibətilə keçirilən tədbir zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycanın uğurları Türkiyənin uğurlarıdır. Bu Zəfər bayramı Azərbaycanın da bayramıdır. Azərbaycanın bayramı da bizim bayramımızdır” — deyə baş nazir bildirib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu, ölkəsində təhlükəsizliyin ǝsas prioritet olduğunu, bu sǝbǝblǝ terrora qarşı mübarizənin ǝzm vǝ qǝrarlılıqla davam edǝcǝyini deyib.

30 Avqust Zəfər Bayramı münasibǝtiylǝ Prezident Sarayında verilǝn ziyafǝtǝ qatılan Baş nazir jurnalistlərǝ verdiyi açıqlamasında ölkədə asayişi qorumaq üçün hər şeyi edəcəklərini söyləyib:

"Təhlükəsizliyin bǝrpası ilǝ bağlı güclü tǝdbirlǝr hǝyata keçirilir. Yaxın zamanda seçkilǝrin keçirilǝcǝyinǝ baxmayaraq Türkiyənin təhlükəsizliyi nəyi tələb edirsə, onu hǝyata keçirmǝkdǝn imtina etmǝrik. Türkiyənin təhlükəsizliyi ǝsas prioritetimizdir". 

Hǝll prosesinǝ dǝ toxunan Davudoğlu, "demokratikləşmə və azadlıqlar uğrunda lazımlı addımları atmaqda davam edǝcǝyik. Terror sona çatmalıdır. Bunun üçün PKK tǝrk silah olunmalı vǝ terrorçular ölkǝni tǝrk etmǝlidilǝr. Əks tǝqdirdǝ ǝmǝliyyatlardan imtina edilmǝyǝcǝk" deyǝ vurğulayıb.

Teqlər:
Türkiyənin Zəfər bayramı, Türkiyə Azərbaycan, Zəfər bayramı, PKK terror təşkilatı, PKK, baş nazir Əhməd Davudoğlu, Əhməd Davudoğlu, Azərbaycan

Əsas mövzular