01:18 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Эюб Гусейнов \ Eyyub Hüseynov

Ekspert: Bu ölkədə bir dəfə qalxan qiymətlər bir daha enmir

faktxeber.com
AZƏRBAYCAN
Qısa URL
33921

Qiymətlərin daha da bahalaşacağını deyən Eyyub Hüseynov, tək ərzaq, qida yox, tikinti və geyim bazarında da süni qiymət artımı və inhisarçılıq olduğunu söyləyib.

BAKI, 28 avq – Sputnik. Bu gün "Rossiya seqodnya" Beynəlxalq Mətbuat Mərkəzində "İstehlak bazarında qiymətlərin artırılması: şayiələr və reallıq" mövzusunda mətbuat konfransı keçirilib.

Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov jurnalistlərin suallarını cavablandırıb. E.Hüseynov, iri istehsalçı şirkətlərin ərzaq məhsullarının qiymətini 25-35 faiz artırması və bunun cəmiyyətə təsirlərindən danışıb.

Onun sözlərinə görə, təkcə kənd təsərrüfatı məhsullarının qiyməti bu il 18-20% bahalaşıb. Ekspert, Azərbaycanda bütün sahələrdə bahalaşma yaşandığını və dövlətin bunun qarşısını almaqda çətinlik çəkdiyini deyib.

Eyyub Hüseynov iddia edir ki, əslində dövlət istəsə qiymət artımının qarşısını ala bilər. “Lakin təəssüflər olsun ki, hökumət belə bir ciddi mövzuya primitiv yanaşır və biz bucür yanaşmanı pisləyirik”, deyə sədr qeyd edib.

“Bu ölkədə qiymətlər bir daha qalxanda bir daha enmir”, deyən E.Hüseynov, hökuməti ciddi tədbirlər görməməkdə təqsirləndirib: “Əgər hökumət qiymətlərin düşməsini istəyirsə, buyursun bolluq yaratsın. O zaman rəqabət güclənər, qiymətlər də aşağı enər. Yoxsa mənasız reydlər aparmaqla nəticə əldə olunmaz”

Ölkədə çox ciddi inhisarçılıq problemi olduğunu söyləyən E.Hüseynov, illərdir müzakirə olunmasına baxmayaraq, nədənsə bu sahədə qanunun hələ də qəbul olunmadığını bildirib.

“Prezident İlham Əliyev bir neçə il öncə ölkədə anti-inhisarçılıq sahəsində kifayət qədər problemlərin mövcudluğunu desə də, nədənsə hələlik heç bir qanun qəbul edilmir. Dövlət bahalaşmanın qarşısını almaq üçün gərək əlindəki bütün imkanları dəyərləndirsin”, deyə ekspert qeyd edib.

Qiymətlərin daha da bahalaşacağını deyən E.Hüseynov, tək ərzaq, qida yox, tikinti və geyim bazarında da süni qiymət artımı və monopoliya olduğunu söyləyib: “Tikinti materialları bazarında da qiymətlər süni şəkildə qalxıb. Maraqlıdır nəyə əsasən? Axı həmin materiallar yerli istehsaldır. Xaricdən gətirilənləri istisna edirəm. Geyimdə də eynilə. Bugün əksər valideynlər məktəbli formasının bahalığından şikayət edirlər. Başqa yerdən almaq seçimləri də yoxdur. Çünki buna icazə verilmir. Məktəbli geyimlərinin tikilib-satılması işi ilə ancaq Bakı Tikiş Evi məşğul olur. Və onların da arxasında güclü nazirlik dayanır. Halbuki alternativ seçimlər olsa qiymətlər də bahalaşmaz.”

Bu vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin apardığı monitorinqlərdən danışan E.Hüseynov, apteklərdəki vəziyyətə də toxunub. 

“Dərmanlar hər aptekdə fərqli-fərqli qiymətlərə satılır”, deyən ekspert ən acınacaqlı vəziyyətin bu sahədə olduğunu qeyd edib.

Teqlər:
Azərbaycan Azad İstehlakçılar Cəmiyyəti, Eyyub Hüseynov, Azərbaycan

Əsas mövzular