06:16 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
ABŞ - Rusiya

Rusiya-ABŞ qarşıdurması Minsk qrupunun işinə təsir etməyəcək

suverenman.com
AZƏRBAYCAN
Qısa URL
20 0 0

Mariya Zaxarova: Biz bu qrupun gündəliyində nə dərəcədə ciddi mövzunun olduğunu anlayırıq.

BAKI, 28 avq-Sputnik. Rusiya və Qərb arasındakı fikir ayrılığı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işinə təsir göstərməməlidir.

Sputnik xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-ABŞ münasibətlərindəki hazırkı böhranlı durumun ATƏT-in Minsk qrupunun fəaliyyətinə təsir edib-etməyəcəyini şərh edərkən belə deyib. “Rusiyanın hər hansı ölkə ilə bizim günahımız olmadan yaranan fikir ayrılığı, ümid edirəm ki, Rusiya və ABŞ-ın da daxil olduğu ATƏT Minsk qrupunun işinə təsir göstərməyəcək” — deyə Zaxarova qeyd edib.

Rusiya tərəfindən heç bir problem və ya sualların olmayacağını vurğulayan XİN sözçüsü, “Biz bu formatın iştirakçılarıyıq və öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq. Bu qrupun gündəliyində nə dərəcədə ciddi mövzunun olduğunu anlayırıq” — deyə əlavə edib.

Teqlər:
Rusiya və Qərb, Rusiya və ABŞ, Rusiya-ABŞ münasibətləri, ATƏT Minsk qrupu, ATƏT-in Minsk Qrupu, ATƏT, Mariya Zaxarova

Əsas mövzular