10:18 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Pistol with ammunition

Azərbaycanlı biznesmen əsir düşməmək üçün özünü güllələyib

bilderstoeckchen
AZƏRBAYCAN
Qısa URL
15001

Ukraynada separatçıların girov götürmək cəhdinə müqavimət göstərən iş adamı özünü öldürüb.

BAKI, 27 avq – Sputnik.Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb.
Sputnik Donetsk vilayəti Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata istinadən bildirir ki, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqavimət göstərən iş adamlı ilə quldurlar arasında atışma baş verib. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

Vahid Babayevin atası mingəçevirlidir.

Teqlər:
Vahid Babayev Ukrayna, Vahid Babayev

Əsas mövzular