16:35 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Wizz air

Ucuz uçuşlar həyata keçirən aviaşirkətlər Azərbaycana gəlirlər!

© lowcoster.by
AZƏRBAYCAN
Qısa URL
66131

“Pegasus” gəlir, Wizz Air qayıdır.

BAKI, 27 avq – Sputnik. Türkiyənin aşağı büdcəli sərnişindaşıma üzrə aviaşirkəti olan “Pegasus” Azərbaycandan da uçuşlar həyata keçirəcək.

Sputnik xəbər verir ki, bunu Gün.Az-a Azərbaycan Hava Yolları Qapalı səhmdar cəmiyyətinin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. “Pegasus şirkətinin müraciətinə əsasən bu Türk aviadaşıyıcısına İstanbuldan Qəbələyə uçuşların həyata keçirilməsi üçün artıq razılıq verilib və “Slotlar” təsdiq edilib” — deyə Kəsəmənski əlavə edib.

AZAL-dan onu da bildiriblər ki, Pegasus şirkəti indiyədək Azərbaycana uçuşlar həyata keçirməyib və bu baxımdan, sözügedən şirkət tərəfindən uçuşların bərpa edilməsi haqqında danışmaq düzgün olmazdı.

“Məlum olduğu kimi, müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası Sazişlərlə təsdiq edilir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq Saziş 2014-cü ilin noyabrında imzalanıb və hazırda bu sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur.

Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən Türk Hava Yolları ilə sıx əməkdaşlıq edir”.

Bundan başqa P.Kəsəmənski vurğulayıb ki, Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslərin həyata keçirilməsinə başlayacağı istisna edilmir.

Macarıstanın Wizz Air şirkətinə gəldikdə isə, AZAL-dan deyiblər ki, Wizz Air şirkəti 24 avqust tarixində bizə 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsi niyyətində olduğunu bildirib: “Bizim tərəfdən  2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Onu da bildirmək istərdik ki, Azərbaycan tərəfi Wizz Air şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə dəfə müraciət edib, lakin cavab almayıb”.

2016-cı ilin martında uçuşların bərpasına gəldikdə isə, AZAL-dan qeyd ediblər ki, “bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar keçirməsi gözlənilir”.

Teqlər:
Pegasus Azərbaycan, Wizz air Azərbaycan, Pegasus, Wizz air, aşağı büdcəli sərnişindaşıma, Azərbaycan Hava Yolları Qapalı səhmdar cəmiyyəti, Azərbaycan Hava Yolları, AZAL

Əsas mövzular