04:05 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
AZƏRBAYCAN

Azərbaycan və Türkiyədə parlament seçkiləri eyni gündə olacaq

AZƏRBAYCAN
Qısa URL
2111

Türkiyə Ali Seçki Komissiyası noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə dair “Yol xəritəsi”ni açıqlayıb.

BAKI, 27 avq-Sputnik. Türkiyə Ali Seçki Komissiyası noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə dair “Yol xəritəsi”ni açıqlayıb.

Sputnik Türkiyənini "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, xarici ölkələrdəki seçicilər üçün səsvermə oktyabrın 8-də başlayacaq. Onlar xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə və ölkənin gömrük-keçid məntəqələrində səs verəcəklər.

Xarici ölkələrdə keçirilən səsvermə oktyabrın 25-dək, gömrük-keçid məntəqələrində isə noyabrın 1-dək davam edəcək.

Türkiyə ilə eyni gündə, noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə də seçkilər keçiriləcək.  

Əsas mövzular