23:23 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
3601

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Azərbaycana könüllü təslim olmuş erməni hərbçi Andranik Qriqoryanla görüşüblər.

BAKI, 25 avq — Sputnik. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Azərbaycana könüllü təslim olmuş erməni hərbçi Andranik Qriqoryanla görüşüblər.

Bu barədə  APA-ya məlumat verən E. Behbudov deyib ki, A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur:  “Onunla görüşüb söhbət etdik. Saxlanma şəraitindən, ona qarşı münasibətdən hər hansı narazılığı olub-olmamasını soruşdum. Heç bir şikayəti yoxdur, razılığını bildirdi”.

E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub.

Qeyd edək ki, martın 22-də Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

Teqlər:
erməni hərbçi, erməni əsiri, Andranik Qriqoryan, Andranik Araratoviç Qriqoryan, Azərbaycan

Əsas mövzular