06:07 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
15821

Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri təyin edilib.

BAKI, 20 avq – Sputnik. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Sputnik APA-ya istinadən xəbər verir ki, NİİM-in baş direktoru vəzifəsinə Rüfət İmanov gətirilib. Bu təyinata qədər Rüfət İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Bir müddət əvvəl NİİM-in baş direktoru Elnur Abdullayev tutduğu vəzifədən azad olunaraq, nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Teqlər:
NİİM-in rəhbəri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyat Nazirliyi, NIIM, NİİM, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Elnur Abdullayev, Ziya Məmmədov, Rüfət İmanov, Bakı, Azərbaycan

Əsas mövzular