00:20 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Uşaq

AQUPDK-dan əhaliyə çağırış: Kimsəsiz uşaqları övladlığa götürün

nashe-73.ru
AZƏRBAYCAN
Qısa URL
36 0 0

Elgün Səfərov: Övladlığa götürmə ilə bağlı yaranan problemlər Azərbaycanın demoqrafik vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 19 avq – Sputnik. “2006-2015-ci illəri əhatə edən “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”nda ailələrə verilən uşaqların sayının artması, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin, eləcə də dövlət uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayının azalması qarşıya məqsəd qoyulmuşdu. Amma təəssüf ki, biz bu gün Dövlət Proqramında qarşıya qoyulan məqsədə çatmamışıq”.

Sputnik xəbər verir ki, bunu APA-ya 

Elgün Səfərov
apa
Elgün Səfərov
 Elgün Səfərov deyib.

O, bildirib ki, övladlığa götürmə ilə bağlı yaranan problemlər Azərbaycanın demoqrafik vəziyyətinə mənfi təsir göstərir: “Azərbaycan dövləti bu gün valideyn himayəsindən məhrum uşaqlara öz qayğısını göstərir və bu işi davam etdirəcək. Ancaq bütün dünyada uşağın ailədə böyüməsi daha müsbət qəbul olunur. Digər tərəfdən Azərbaycanda övladlığa götürmə sahəsində yaradılan süni problemlərin birbaşa demoqrafik vəziyyətə təsiri var. Düzdür, Avropa ölkələrində olduğu kimi bizdə bu sahədə böhran yaşanmır, əhalinin sayında artım var. Lakin uşağın ailə mühitində böyüməsi gələcəkdə onun özünün ailəyə münasibətində müsbət təsirini göstərəcək. Ailədə böyüyən uşaq gələcəkdə həm fiziki, həm də psixoloji sağlam olacaq. Bu da öz növbəsində cəmiyyətin xeyrinədir”.

Şöbə müdirinin sözlərinə görə, hazırda uşaq övladlığa götürmək istəyən ailələrin sayı çox olsa da, onlar problemlə üzləşirlər: “Bütün dünyada olduğu kimi Azərbaycanda da övladlığa götürmə faktı məhkəmə qərarı ilə təsdiq edilir. Biz postsovet ölkəsi, həm də kontinental hüquqi sistemə aid olduğumuza görə övladlığa götürmə ilə bağlı qərar verərkən yerli qurumların rəyi əsas götürülür. Bir qayda olaraq daxili övladlığa götürmədə yerli icra hakimiyyəti orqanlarının, ölkələrarası övladlığa götürmədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsas götürülür. Ailələr yerli icra hakimiyyətlərinə müraciət edirlər. Lazım olan sənədləri yığandan sonra rəyin verilməsi gecikdirilir. Bu süni bürokratik əngəllərin qarşısının alınması məqsədilə təkmilləşdirmə işləri davam etdirilməlidir. Bu gün yerli icra hakimiyyətində övladlığa götürmə işi ilə məşğul olan insanlar 6-7 vəzifəni bir yerdə icra edirlər. Ona görə də yerli icra hakimiyyətlərində çalışan insanlar yalnız övladlığa götürmə məsələsi ilə məşğul olmayacaqsa, problem qalmaqda davam edəcək. Onu da qeyd edim ki, süni əngəllərə baxmayaraq, hər il ölkədə 800-900 övladlığa götürmə faktı qeydə alınır ki, bu da özlüyündə müsbət məqamdır”.

Səfərov qeyd edib ki, bu sahədə yaranmış problemi həll etmək üçün qanunvericilik sahəsində islahatlar aparılmalıdır: “Eyni zamanda, yerli icra hakimiyyətlərində övladlığa götürmə ilə məşğul olan şəxslər bu sahə üzrə ixtisaslaşmalıdır. Həm də bu işdə uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan xüsusi vəkillər olmalıdırlar ki, onlar ancaq bu fəaliyyətlə məşğul olsun. Problemdən çıxış yolu kimi, övladlığa götürmə işini bələdiyyələrə də həvalə etmək olar. Məsələn, Türkiyədə bu işlə bələdiyyələr məşğul olur”.

Əsas mövzular