02:31 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
43621

Bu barədə klubun yaydığı rəsmi bəyanatda deyilir.

BAKI, 9 avq — Sputnik. Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar adı hallanan "Qəbələ" klubunun futbolçuau Cavid Hüseynov komandadan kənarlaşdırılıb.

Bu barədə klubun yaydığı rəsmi bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşıladı. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub.

Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil.

Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb."

Avqustun 8-də "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirən reportyor Rasim Əliyev bu gün səhər saatlarında müalicə aldığı 1 Saylı Şəhər Klinikasında dünyasını dəyişib. Klinikadan Sputnik-ə verilən məlumata görə, jurnalistin ölümünə səbəb daxili qanaxma olub.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)

Əsas mövzular