16:30 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
1411

“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır.

BAKI, 6 avq — Sputnik. “Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır.

Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə edib.

“Elektron hökumət” portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu.

Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.

Teqlər:
Elektron Hökumət Portalı, Elektron hökumət, Azərbaycan

Əsas mövzular