16:08 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
AZƏRBAYCAN
Qısa URL
16411

Memar Əcəmi -2 – Avtovağzal xəttindəki qatarlar 7 vaqonlu olacaq.

BAKI, 6 avq-Sputnik. Bakı metropoliteni deposuna daha bir müasir qatar daxil ediləcək. Bu barədə məlumat Sputnik-ə “Bakımetropoliten”QSC-dən verilib.

“Beş vaqondan ibarət qatar ilin sonunadək Bakıya gətiriləcək və metropolitendə istifadəyə veriləcək. İndiyə kimi müasir tipli üç qatar gətirilib və bu da gətirildikdən sonra qatarların sayı dördə çatacaq. Artıq vaqonlar sifariş verilib və hazırda yeni qatarın Bakıya gətirilməsi istiqamətində işlər gedir”- deyə “Bakmetropoliten”dən bildirilib.

Metropolitendən həmçinin bildiriblər ki, bundan əlavə olaraq, bənövşəyi xətdə — Memar Əcəmi-2-Avtovağzal xəttində işləyəcək qatarların alınması istiqamətində də danışıqlar gedir: “Bu xətdə işləyəcək qatarlarda vaqonların sayı çox olacaq. Belə ki, mövcud xətlərdə işləyən qatarlardakı vaqonları sayı 5-dirsə, yeni xətdə işləyəcək qatarlardakı vaqonların sayı 7 olacaq.”


Teqlər:
Avtovağzal metrostansiyası, Avtovağzal metro, Avtovağzal, Memar Əcəmi-2 stansiyası, Memar Əcəmi-2, Bakmetropoliten, Bakı, Azərbaycan

Əsas mövzular