01:12 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Azay Quliyev

Azay Quliyevin təşəbbüsü ilə Şirvanda layihələrin icrasına başlanılır

sputnik.az
AZƏRBAYCAN
Qısa URL
7411

Şirvanda xeyir-şər evi, idman meydançası tikiləcək, asfalt salınacaq, binaların dam örtüyü yenilənəcək.

BAKI, 5 avq-Sputnik. Millət vəkili Azay Quliyevin təşəbbüsü ilə Şirvanda infrastruktur layihələrin icrasına başlanılır. Bu barədə Sputnik-ə millət vəkilinin ofisindən məlumat verilib. Məlumatda bildirilir ki, avqustun 5-də millət vəkili Azay Quliyev və “Şərq-Qərb” İdarəetmə İnstitutunun rəhbərliyi Şirvan icra hakimiyyətində görüş keçirib. Görüşdə Şirvan seçicilərinin müraciətləri əsasında millət vəkili Azay Quliyevin təşəbbüsü ilə hazırlanan infrastruktur layihələri ətraflı müzakirə edilib. Məlumat verilib ki, Şirvanda 5 infrastruktur layihəsi həyata keçiriləcək. Bu sıraya Heydər Əliyev və Leytenant Mahmud İbrahimov küçələrində 850 ailənin yaşadığı məhəllələrdə mərasim evlərinin yenidən qurulması, Məhəmməd Əmin Rəsulzadə küçəsində 132 ailənin yaşadığı məhəllədə mərasim evinin tikintisi, Səməd Vurğun küçəsində 180 ailənin yaşadığı 2, Gülbala Şıxbalaoğlu küçəsində 175 ailənin yaşadığı 3 ictimai yaşayış binasının dam örtüklərinin təmiri, Neftçilər küçəsində 1200 sakinin yaşadığı ərazidəki 1 km məhəllədaxili yola asfalt örtüyün çəkilməsi, Bayramlı qəsəbəsində idman meydançasının tikintisi və digər məsələlər daxildir.

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov reallaşdırılması nəzərdə tutulan layihələrin əhəmiyyətini vurğulayaraq onların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılacağını deyib.

Daha sonra deputat Azay Quliyev, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, “SEDA” proqramının rəhbəri Tim Madiqan və proqramın infrastruktur layihələrinin icraçısı, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov layihələrinin həyata keçiriləcəyi yerlərə baxış keçirib və yerli sakinlərlə görüşərək fikir mübadiləsi aparıb. 

Adıçəkilən layihələrin “Azərbaycanda Sosil-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Teqlər:
Millət vəkili Azay Quliyev, Şərq-Qərb İdarəetmə İnstitutu, Azay Quliyev, Azərbaycan

Əsas mövzular