02:01 25 Fevral 2018
Canlı yayım
Derek Hoqan

ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir

haqqin
AZƏRBAYCAN
Qısa URL
6201

Derek Hoqan: İnkişaf etmiş ticarət bütün bölgəyə bəhrə verə bilər.

BAKI, 5 avq-Sputnik. ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səylərini dəstəkləyir.

Sputnik xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycanın nəqliyyat nazirinin müavini ilə görüşündə deyib.

ABŞ səfirliyinin Twitter səhifəsində verilən məlumatına görə, görüşdə əsasən ABŞ-ın bölgə ticarətinə dəstəyi müzakirə edilib. “ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir. İnkişaf etmiş ticarət bütün bölgəyə bəhrə verə bilər. Bölgə ticarətinin inkişafı ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün verdiyi dəstəyin vacib hissəsidir”, — deyə Hoqan qeyd edib.

 

 

Teqlər:
Nəqliyyat Nazirliyi, Derek Hoqan, Azərbaycan

Əsas mövzular