03:48 25 Fevral 2018
Canlı yayım
Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı

Öz hərbi donanmamız

wikimedia
AZƏRBAYCAN
Qısa URL
8821

1918-ci il avqustun 5-də Azərbaycanda hərbi donanmanın yarandığı gündür.

BAKI, 5 avq — Sputnik. 1918-ci il avqustun 5-də Azərbaycanda hərbi donanmanın yarandığı gündür.

Həmin gün Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması (6 qayıq və 1 gəmi) təşkil olunub.

Azərbaycanın sovetləşməsindən sonra “Qırmızı Donanma” adlandırılan hərbi-dəniz qüvvələri bolşevik Rusiyasının (daha sonra isə SSRİ-nin) Xəzər Hərbi Donanmasının tərkibinə daxil olub. SSRİ-nin dağılmasından (1991) sonra donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb və 1992-ci ilin iyulunda Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında reydə çıxıblar.

Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda “Hərbi donanma günü” kimi qeyd olunur.

Teqlər:
SSRİ-nin dağılmasında sonra, SSRİ-nin dağılması, Qırmızı Donanma, hərbi donanma, Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı, Hərbi donanma günü, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan

Əsas mövzular