15:31 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
İlahiyyatçı Tale Bağırov

İlahiyyatçı Tale Bağırov azadlığa çıxıb

islamazeri.az
AZƏRBAYCAN
Qısa URL
47811

2013-cü ildə həbs edilən T. Bağırov cəza müddəti başa çatdığı üçün ötən gecə həbsdən azad edilib.

BAKI, 31 iyul — Sputnik. İlahiyyatçı Tale Bağırov azadlığa buraxılıb.

APA-nın məlumatına görə, 2013-cü ildə həbs edilən T. Bağırov cəza müddəti başa çatdığı üçün ötən gecə həbsdən azad edilib.

Qeyd edək ki, T. Bağırov 2013-cü ildə həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Tale Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər:
Tale Bağırov azadlıqda, ilahiyyatçı Tale Bağırov, Tale Bağırov, Azərbaycan

Əsas mövzular