16:53 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
11112

Ülvi Mehdiyev: Əhalinin 90 faizi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən yararlana bilib.

BAKI, 30 iyul-Sputnik. “ASAN xidmət” mərkəzlərinin sayı artdıqca respublika miqyasında qeydiyyatından asılı olmayaraq, bütün mərkəzlərdə istənilən vətəndaşa xidmət göstəriləcək. Bunun üzərində iş gedir. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda “ASAN xidmət” mərkəzlərinin olmamasıdır.

Sputnuk xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib. Sədr müavini bildirib ki, növbəti ildən Qəbələ və Masallı şəhərlərində “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq: “Bununla da ölkə üzrə bütün mərkəzlərdə qeydiyyat yerindən asılı olmayaraq istənilən vətəndaşa xidmət göstərə biləcəyik”.

Mehdiyevin sözlərinə görə, ümumilikdə respublikadakı 9 “ASAN xidmət” mərkəzi 6 milyon 500 min vətəndaşı əhatə edib ki, onlardan da 5 milyon 700 min nəfərə xidmət göstərilib: “Bu da o deməkdir ki, əhalinin 90 faizi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən yararlana bilib”.

Sədr müavini qeyd edib ki, səyyar avtobuslar vasitəsilə isə 200 min vətəndaşa xidmət göstərilib: “Avtobuslar bütün ölkəni əhatə edir. Səyyar avtobuslar 6 regionda vətəndaşlara xidmət göstərir. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Teqlər:
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ASAN, Asan Xidmət, Ülvi Mehdiyev, Azərbaycan

Əsas mövzular