09:00 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Əsgərlər

Şəhid əsgər fərqlənmə medalı ilə təltif edilib

vk
AZƏRBAYCAN
Qısa URL
2211

Gədəbəydə düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Eldar Fətəliyev müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

BAKI, 25 iyul — Sputnik. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş əsgəri təltif edib.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu nazirin əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla, aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Düşmənin qarşısı alınarkən E. Fətəliyev şəhid olub.

Əsas mövzular