11:46 20 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8962
Dövlət Sosial müdafiə fondu

DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib

© Sputnik
AZƏRBAYCAN
Qısa URL
6410

Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada almağa davam edəcəklər.

BAKI, 23 iyul — Sputnik. Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) çoxsaylı müraciətlər daxil olub.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, pensiyaların ödənilməsi bu məqsədlə elan olunan tenderdə qalib gələn banklarla bağlanan müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər.

Teqlər:
əmək pensiyaçıları, əmək pensiyası, Dövlət Sosial Müdafiə Fondu, DSMF, Azərbaycan

Əsas mövzular