06:06 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN

Əli Həsənov: Azərbaycan özünü azad mediasız təsəvvür etmir

AZƏRBAYCAN
Qısa URL
5910

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır.

BAKI, 22 iyul — Sputnik. Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu fikri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

“Dünən Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini açıqladı, habelə medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi. Mətbuat Şurasının üzvləri ilə bu məsələlər müzakirə olunub və bu məsələlərlə bağlı müəyyən qərarlar qəbul olunub." — deyə Həsənov əlavə edib.
Dövlətin media nümayəndələrinə lazımi qayğı göstərdiyini vurğulayan Əli Həsənov dövlət başçısına istinadən deyib ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir.

Teqlər:
Azərbaycan, Prezident Administrasiyası, Azərbaycan

Əsas mövzular