11:37 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
801

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 22 iyul-Milli Mətbuat günü münasibəi ilə mətbuat nümayəndələrini təbrik edib.

BAKI, 22 iyul — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 22 iyul-Milli Mətbuat günü münasibəti ilə mətbuat nümayəndələrini təbrik edib.

Sputnik Müdafiə nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir mətbuat nümayəndələrini Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində böyük yaradıcılıq uğurları arzulayıb.

Təbrikdə daha sonra deyilir: “Xalqımızın görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyanın informasiya şəbəkəsindəki yeri artıb, rəqabət fəaliyyəti xeyli yüksəlib. 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edilməsi, fəxri adlara layiq görülməsi Silahlı Qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olub.

Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd edildiyi kimi, kütləvi informasiya vasitələri bundan sonra da daha peşəkar, obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər.

Sizi bir daha milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.”

Teqlər:
Milli Mətbuat Günü, Müdafiə Nazirliyi, Zakir Həsənov, Azərbaycan

Əsas mövzular