07:15 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
1201

Tural Abbaslı: Müsavat partiyasının sədri Arif Hacılı təşkilatın üzləşdiyi böhrandan çıxış yolu tapmaq və istefaların qarşısını almaq məqsədi ilə ciddi addımlar atmalıdır.

BAKI, 21 iyul — Sputnik. Müsavat partiyasının sədri Arif Hacılı təşkilatın üzləşdiyi böhrandan çıxış yolu tapmaq və istefaların qarşısını almaq məqsədi ilə ciddi addımlar atmalıdır, əks-təqdirdə bu tarixi məsuliyyət onun üzərində qalacaq.

Bunu Sputnik-ə açıqlamasında sabiq partiya sədrliyinə namziəd Tural Abbaslı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiya sıralarından istefasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Müsavat partiyası 2014-cü ildə keçirilən sonuncu qurultayından sonra xeyli zəifləyib. “Partiyanın yeni seçilən sədri Arif Hacılı təşkilatın nəinki gücləndirilməsi, möhkəmlənməsi istiqamətində addımlar atdı, əksinə partiyanın zəifləyərək parçalanmasına, davamlı istefalara şərait yaratdı. Belə ki, o sədr seçilən kimi partiyadakı qrupunun mövqelərinin möhkəmlənməsi istiqamətində addımlar atdı ki, bu təbii olaraq Müsavat kimi bir demokratik partiyada qəbul olunan hal deyildi. Və bu öz mənfi təsirini göstərdi. Çünki bura toplaşanlar  şəxsin ətrafına deyil, ideya ətrafına toplaşan insalar idi və ölkə ictimaiyyətində xeyli nüfuza malik idilər. Məhz yeni sədrin öz korporativ maraqlarını güdməsi və təşkilat daxilində öz qrupunun üzvlərinin səlahiyyətlərini artırması partiyada təsirsiz ötüşmədi. Nəticədə ölkə ictimaiyyətində xeyli nüfuza malik şəxslər istefa verdi və bu proses bu gün də davam etməkdədir. Elə son hadisə — Azərbaycan cəmiyyətində öz yeri, nüfuzu olan və ilk sıralarda yer alan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da istefası bu qəbildəndir və bu partiya üçün çox böyük itkidir. Bu təbii ki, partiyanın zəifləməsinə öz təsirini göstərəcək. Və kimsə belə düşünmür ki yanılır. Hər bir istefa özü də, seçkiöncəsi partiyanın imicinə ziddi zərbə vurur. Bu baxımdan mən R. Arifoğlunun istefasını böyük itki hesab edirəm”, — deyə T. Abbaslı vurğuladı.

T. Abbaslı hesab edir ki, partiya sədri A. Hacılı istefa verənlərin geri qaytıması üçün ciddi tədbirlər planı hazırlamalıdır: “Lazım gələrsə kompriomisə getməlidir. Daha bunlara sıradan olan istefalar və partiyaya təsiri olmayacaq hadisələr kimi yanaşmaq yanlışdır. Çünki gələcəkdə də belə istefalar istisna deyil, Odur ki, qabaqlayıcı tədbirlər görülməli və gedənlərin qarşısı alınmalıdır.  Bid daha deyirəm, ələlxüsus da seçkiöncəsi bir vaxtda.”

 T. Abbaslı bildirdi ki, proses belə davam edərsə Müsavatın seçkdə hər hansı uğurundan danışmaq  olmaz. “Hazırkı durum bir daha göstərir ki, başda Müsavat olmaqla ölkədə elə bir partiya tapa bilməzsən o parlament seçkilərində 125 seçki dairəsindən namziəd irəli sürə bilsin. Bu partiyaların nə o qədər namizədi, nə də potensialı var. Amma Müsavat partiyasında fəxrlə bəyan edirlər ki, onlar artıq 70 seçki dairəsindən namizədlərini bəlli ediblər. Ancaq nəzərə almırlar ki, onlar hakimiyyətlə 125 seçki dairəsində mübarizə aparacaqlar. Müəyyən olunan namizədlərin də demək olar ki, böyük əksəriyyəti Bakı və Abşerondakı seçki dairələri üzrədir. Deməli Müsavat regionlarda 25-dək namziədlə təmsil olunacaq ki, onların da hansı nüfuza sahib olması bəlli deyil. Bir daha təkrar edirəm ki, Müsavat başqanı Arif Hacılı təcili olaraq partiyanın üzləşdiyi böhrandan çıxış yolu aramalıdır, əks-təqdirdə  partiyanın siyasi səhnədən çıxması ilə bağlı tarixi məsuliyyət onun üzərində qalacaq”, — deyə o vurğuladı.

Qeyd edək ki, R. Arifoöğlu partiya sıralarındakı istefasını rəsmiləşdirib və o istefa ərizəsi yazıb. Xatırladaq ki, o partiyanın qurucularındin biridir. Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olub, partiyanın rəhbər strukturlarında vəzifələr daşıyıb; bundan əvvəlsə, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olub. Bununla yanşı o, partiyanın mövqeyini dəstəkləyən “Yeni Müsavat ”  qəzetinin baş redaktorudur.

Teqlər:
Yeni Müsavat qəzeti, Müsavat partiyası, Müsavat, Rauf Arifoğlu, Tural Abbaslı, Arif Hacılı, Azərbaycan

Əsas mövzular