23:55 25 Fevral 2018
Canlı yayım
ШОС

Rusiya Azərbaycanın ŞƏT-ə üzv olmasını istəyir

© AZƏRTAC
AZƏRBAYCAN
Qısa URL
5401

Diplomat: Şanxay Əməkdaşlığı Təşkilatı mədəniyyətləri, etnosları və dinləri özündə cəmləşdirən unikal təşkilatdır.

BAKI, 15 iyul — Sputnik. Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusu alsın.

Sputnik Vestnik Kavkaza portalına istinadən xəbər verir ki, Rusiya prezidentinin Şanxay Əməkdaşlığı Təşkilatı işləri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean əməkdaşlığı departamentinin direktoru Bəxtiyar Həkimov belə deyib.

O qeyd edib ki, dialoq üzrə tərəfdaşlıq praktiki əməkdaşlığı qurmağa imkan verir. “Bu isə müşahidə aparmaqdan daha faydalıdır” — deyə diplomat vurğulayıb.

Həkimov bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlığı Təşkilatı ilə gələcək inteqrasiyasının səviyyəsi Bakının qəbul edəcəyi qərarlardan asılıdır. “Özü-özlüyündə bu ölkənin potensialı bəllidir. İqtisadiyyat, siyasət və mədəniyyət baxımından Azərbaycan dialoq üzrə tərəfdaş olan digər ölkələr kimi əhəmiyyətli töhfə verə bilər. Çünki Şanxay Əməkdaşlığı Təşkilatı mədəniyyətləri, etnosları və dinləri özündə cəmləşdirən unikal təşkilatdır. Yeni tərəfdaşların, dövlətlərin gəlişi yalnız alqışlanır”, — deyə o vurğulayıb.

Bu günlərdə Ufada keçirilən Şanxay Əməkdaşlığı Təşkilatının sammitində Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Kamboca və Nepala tərəfdaş statusunun veriləcəyini bəyan edib.

Teqlər:
ŞƏT, Şanxay Əməkdaşlığı Təşkilatı, Bəxtiyar Həkimov, Rusiya, Azərbaycan

Əsas mövzular