01:23 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
AZƏRBAYCAN

İran və erməni kinematoqrafçılarının Şuşada iş birliyinə inanmıram

AZƏRBAYCAN
Qısa URL
2911

Səfir Möhsün Pakayin: Bu cür xəbərləri İran-Azərbaycan münasibətlərini korlamaq üçün yayırlar.

BAKI, 15 iyul – Sputnik. Mən iranlı kinematoqrafçıların ermənilərlə birgə işinə və Şuşaya gəlməsinə inanmıram.

Sputnik xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iranlı və erməni kinematoqrafçıların Şuşada birgə film çəkilişləri barədə xəbərləri şərh edərkən deyib. 

“Bu cür xəbərləri çox vaxt müxtəlif qüvvələr İran-Azərbaycan münasibətlərini korlamaq üçün yayırlar”, – deyən səfir  məlumatı dəqıqləşdirəcəyini bildirib. 

Səfir həmçinin bu məlumatları mətbuatdan oxuduğunu və məsələnin özəl şirkətlə bağlı olduğunu deyib: “Həmin şirkətlə hələlik əlaqə yarada bilməmışik. Məsələni aydınlaşdırdıqdan sonra bu barədə məlumat təqdim olunacaq.”

Əsas mövzular