20:36 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
AZƏRBAYCAN

İran səfiri: Bu qələbə tək bizim deyil bütün dünyanındır

AZƏRBAYCAN
Qısa URL
İran nüvə razılaşması (13)
2201

Nüvə sazişinin imzalanmasından sonra İranla region ölkələri arasında iqtisadi əlaqələr inkişaf edəcək və münasibətlərimiz daha da sıxlaşacaq.

BAKI, 15 iyul – Sputnik. Dünən İranla Qərb ölkələri arasında nüvə danışıqlarında əldə olunan razılaşma ilə bağlı bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, İranla imzalanan saziş dünya üçün mühüm əhəmiyyət kəsb edir.

“Bu sənədin imzalanması bir daha sübut etdi ki, bir çox məsələləri ancaq danışıqlar yolu ilə həll etmək olar. 13 ildən artıq davam edən müzakirələrdə İran qarşısına qoyduğu bir sıra hədəflərə nail ola bildi. Onlardan 1-cisi İranın nüvə proqramının gələcəkdə davam etdirilməsi, 2-cisi İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması, İranın maraqlarına qarşı ehtiram göstərilməsi, onunla təhdidlə danışmağın mənasız olduğunu sübut etmək idi və biz buna nail olduq.” – deyə səfir bildirib. 

Səfir sazişin imzalanmasından sonra İranla region ölkələri arasında iqtisadi əlaqələrin inkişaf edəcəyini də deyib.

“Əldə olunan qələbə təkcə İranin deyil, eyni zamanda dünya ictimaiyyəti və region ölkələrinin qələbəsidir. Bu sazişin imzalanmasından sonra İranla region ölkələri arasında iqtisadi əlaqələr inkişaf edəcək və münasibətlərimiz daha da sıxlaşacaq. Biz bundan sonra əsas qüvvəmizi regionun təhlükəsizliyinin təmin olunmasına və iqtisadi inkişafa nail olunmasına sərf edəcəyik” — deyə Möhsün Pakayin əlavə edib. 

Mövzu:
İran nüvə razılaşması (13)

Əsas mövzular