17:22 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Tv kanal

Telekanallara kommersiya və xüsusi təyinatlı tezliklər ayrılmalıdır

tophdgallery.com
AZƏRBAYCAN
Qısa URL
12310

Əli Abbasov: Tezliklərə müdaxilə olsa, mövcud sistem müdaxilənin parametrlərini, daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatlarını operativ şəkildə uyğun təşkilatlara çatdırır.

BAKI, 13 iyul — Sputnik. "İndi biz Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri telekanallara ayırmalıyıq".

 Sputnik xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı belə deyib.  

Nazir bildirib ki, ümumiyyətlə, Azərbaycanda radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir: "Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərində və İnternet radio və televiziyalar vasitəsi ilə əhalinin təkcə Azərbaycan yox, həmçinin yüzlərlə xarici teleproqramlara çıxışı təmin olunub. Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa, sistem müdaxilənin parametrlərini, o cümlədən, daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları uyğun təşkilatlara çatdırır".


Əsas mövzular