08:58 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Əli Abbasov

Nazir: Azərbaycan internet azadlığına görə regionda liderdir

© Foto: APA
AZƏRBAYCAN
Qısa URL
811

Əli Abbasov: Ölkədə mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri 6% artıb.

BAKI, 13 iyul — Sputnik. Azərbaycanda rabitə və yüksək texnologiyalar sektorundan əldə edilən gəlirlər 12% artıb ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir.

Sputnik xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib.

Prezident yanında keçirilən iclasda nazir deyib ki, telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin uyğun dövrünə nisbətdə təxminən 6% artıb.

Onun sözlərinə görə, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib.

"Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100%-li 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində, hesabat dövründə, əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət yetirilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub. Beləliklə, Azərbaycan kəndlərinin 80%-i müasir standartlara cavab verən, həmçinin, genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulub. Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75%, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65%-dir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər" — deyə Ə. Abbasov bildirib.

Teqlər:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Naziri, Əli Abbasov, Azərbaycan

Əsas mövzular