10:41 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Bank

Banklar kredit faizlərini endirməyə başlayıblar

CC0 / rawpixel / bank
AZƏRBAYCAN
Qısa URL
12331

"AccessBank" mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5 faiz, "Expressbank" isə nağd pul kreditləri üzrə bank komissiyasını 1 faiz endirib.

BAKI, 13 iyul — Sputnik. İyulun 14-dən "AccessBank" mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5 faiz endirir.

Sputnik Azərtaca-a istinadən bildirir ki, "AccessBank" maliyyə xidmətlərinə asan çıxış, münasib faiz dərəcələri və məsuliyyətli kreditləşmə istiqamətində fəaliyyəti çərçivəsində bank xidmətlərinin ucuzlaşdırılması məqsədilə iyulun 1-dən etibarən özünün istehlak kreditləri üzrə tutulan komissiya haqlarını endirərək kredit məbləğinin 1 faizi səviyyəsində müəyyən edib.

Görülən tədbirlərin davamı olaraq bank xidməti müştərilərinin xüsusilə, mikro və kiçik sahibkarların kredit resurslarına çıxışının asanlaşdırılması, əhalinin kredit borc yükünün azaldılması və kredit siyasətində ölkənin hazırki iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin, eləcə də, Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyələrinin nəzərə alınması məqsədi ilə "AccessBank" iyulun 14-dən etibarən götürüləcək mikro və istehlak kreditləri üzrə faiz dərəcələrinin orta hesabla 5 faiz endirilməsini qərara almaqla, hazırda endirilən komissiya haqlarını da nəzərə alaraq, faktiki illik faiz dərəcələrinin (FİFD) əhəmiyyətli şəkildə azalmasına nail olacaq.

"Expressbank" da nağd pul kreditləri üzrə bank komissiyasını endirib.

Bankdan bildiriblər ki, artıq müştərilər bank filiallarında kredit götürərkən rəsmiləşdirməyə görə cəmi 1 faiz komissiya ödəyəcəklər.

"Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Kreditin məbləği 5000 AZN-dək ola bilər. Müştərilər həmçinin elektron arayışları bankın bütün filiallarından kredit əldə edə bilərlər.

Vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı həmçinin bank filiallarından da almaq olar. Banka gələn müştərilərə planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilər.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.

Əsas mövzular