04:06 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Xədicə İsmayıl

Xədicə İsmayılın məhkəməsi iyulun 22-nə təyin edilib

azadliq.info
AZƏRBAYCAN
Qısa URL
1401

Jurnalistin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib.

BAKI, 13 iyul — Sputnik. Həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq məhkəməyə göndərilib.

Sputnik APA-ya istinadən xəbər verir ki, İsmayılovanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyulun 22-nə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Mustafayev Prokurorluğa müraciət edərək həmin KİV-də işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldılması səbəbindən özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.

İstintaqla həmçinin müəyyən edilib ki, Mustafayev İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. 

Teqlər:
jurnalist Xədicə İsmayılova, Azadlıq Radiosu, Bakı Ağır Cinayətlər Məhkəməsi, Xədicə İsmayıl, Azərbaycan

Əsas mövzular