21:32 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
VAZ 21 07 - avtomobil

Sulutəpə qəsəbəsində avtomobil oğurlandı

sputnik.az
AZƏRBAYCAN
Qısa URL
2910

Rəsul Osmanova məxsus 90 KH 683 seriya nömrəli Vaz 2107 markalı avtomobil naməlum şəxslər tərəfindən oğurlanıb.

BAKI, 13 iyul – Sputnik. Dünən gecə Sulutəpə qəsəbəsində oğurluq hadisəsi baş verib. Sputnik xəbər verir ki, Rəsul Osmanova məxsus 90 KH 683 seriya nömrəli Vaz 2107 markalı avtomobil naməlum şəxslər tərəfindən oğurlanıb. 

Osmanov Sputnik-ə verdiyi açıqlamada, avtomobilini həmişə olduğu kimi həyətinin qapısı ağzında saxladığını bildirib. “Qəsəbənin düz mərkəzində belə oğurluq hadisəsi olacağı heç kimin ağlına gəlməzdi” — deyə o bildirib.

Binəqədi rayonu 40-cı polis bölməsinin əməkdaşları cinayətkarın tapılması üçün axtarış işlərini davam etdirir.


Teqlər:
Vaz 2107, avtomobil, Oğurluq, Sulutəpə, Bakı, Azərbaycan

Əsas mövzular