13:37 23 Oktyabr 2017
Canlı yayım
Kazarnovskaya və Sterliqov

Azərbaycan üçün daha iki arzuolunmaz şəxs

sputnik.az
AZƏRBAYCAN
Qısa URL
40421

Lyubov Kazarnovskaya və German Sterliqovun adları artıq Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan arzuolunmaz şəxslər siyahısına daxil edilib.

BAKI,  10 iyul — Sputnik. Lyubov Kazarnovskaya və German Sterliqovun adları  artıq Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Sputnik xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə,  ziddiyyətli bioqrafiyası olan German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirklu pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu yəqin ki bilməmiş deyildi: "Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri olan Şuşada “insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. “İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən bir milyondan artıq azərbaycanlının faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır.”

G.Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirməsinə də aydınlıq gətirən H. Hacıyev  onun bu açıqlamalarını təxribat xarakterli olduğunu bildirdi.  “Bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz “özünü reklam” cəhdindən başqa bir şey deyildir. KİV nümayəndələrini bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik”, — deyə XİN təmsilçisi bildirdi

XİN təmsilçisi eyni zamanda rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Dağlıq Qarabağa səfərinin qanunsuz olduğunu və onun da adının “qara siyahıya” salındığını bildirdi.

Əsas mövzular