12:27 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
AZƏRBAYCAN
Qısa URL
2201

Sirkə turşusu içərək həyatına qəsd edən Gülnar Hacıyeva dünən xəstəxanada ölüb.

BAKI, 10 iyul — Sputnik. Şəkidə üç uşaq anası sirkə turşusu içərək intihar edib.

Sputnik APA-ya istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanları iyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyevanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içdiyini bildirib.

Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Əsas mövzular