08:02 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Transmission of confidential information

Erməni hakerlər tərəfindən dağıdılmış 3 saytın fəaliyyəti bərpa edilib

Feng Yu
AZƏRBAYCAN
Qısa URL
4211

Cənubi Qafqazın tarixinə həsr olunmuş və erməni hakerlər tərəfindən dağıdılmış www.nofalsify.com, www.erevangala.com və www.caucasianhistory.com saytlarının fəaliyyəti bərpa edilib.

BAKI, 7 iyul — Sputnik. Cənubi Qafqazın tarixinə həsr olunmuş və erməni hakerlər tərəfindən dağıdılmış www.nofalsify.com, www.erevangala.com və www.caucasianhistory.com saytlarının fəaliyyəti bərpa edilib.

“Haker hücumları erməni ictimaiyyətinə informasiya dəstəyi proqramı çərçivəsində may ayının 29-da “Azərbaycan və Ermənistanın alternativ tarixi” filminin təqdimatı ilə eyni vaxta düşdü. Hücumların geniş miqyaslı olması və eyni vaxtda baş verməsi qətiyyətlə deməyə imkan verir ki, bizim layihələrimiz Ermənistanda müəyyən qüvvələrin xoşuna gəlməyib və biz doğru istiqamətdəyik”, — deyə layihələrin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bildirib.

Bununla yanaşı, o qeyd edib ki, layihə Ermənistanın müəyyən elmi dairələri tərəfindən böyük maraqla qarşılanıb. “Bizim layihəmiz bir çox erməni alimlərin diqqətini cəlb edib, regionumuzun istorioqrafiyasının öyrənilməsinə faktlarla zəngin, qərəzsiz yanaşmamız onlarda maraq oyadıb. Düzünü desək, bu, bir tərəfdən təəccüb doğurur ki, hətta erməni professorlar da bu faktlar və hadisələr barədə ilk dəfə eşidirlər. Digər tərəfdən isə bu, qanunauyğundur, axı bu günə qədər hətta erməni alimlər də onların istorioqrafiyasının əsaslandığı saxtakarlıqların əsarətində yaşayıblar”,- deyə F.Axundov qeyd edib.

“Saytı dağıdanlara gəlincə, mən onları məyus etmək istəyirəm. Biz onların kriminal əməllərinə baxmayaraq, erməni ictimaiyyətinin, o cümlədən erməni alimlərin məlumatlandırılması istiqamətindəki işimizi davam etdirəcəyik, onları bundan sonra da haqqında təsəvvürlərinin olmadıqları elmi faktlarla tanış etməkdə davam edəcəyik. Biz bu fəaliyyət çərçivəsində daha iki filmin təqdimatı üzərində işi başa çatdırırıq, onların təqdimatı sentyabr ayında keçiriləcək. Bu filmlər də bu günə qədər geniş ictimaiyyətə məlum olmayan faktları gün işığına çıxaracaq. Və bu faktlar şübhəsiz ki, elmi ictimaiyyətdə yeni maraq dalğası yaradacaq”, — deyə F. Axundov qeyd edib.

Əsas mövzular