00:30 26 Sentyabr 2017
Canlı yayım
Chatham House

Chatham House separatçı rejimin mövqeyini dəstəkləmədiyini bildirib

londondiaryblog.files.wordpress.com
AZƏRBAYCAN
Qısa URL
6921

Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətlə yanaşdığını bəyan edib.

BAKI, 4 iyul — 2015. "Chatham House" İnstitutu Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın orada planlaşdırılan çıxışı ilə bağlı etiraz məktubuna cavab verib.

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, “Chatham House — Kral Beynəlxalq Münasibətlər İnstitutu”nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarma "Dağlıq Qarabağ”ın mövqeyinin təsdiqi və ya tanınması mənası daşımadığı vurğulanır. Qurum Bako Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığını başa düşdüyünü qeyd edərək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətlə yanaşdığını bəyan edib.

Məktubda bu görüşün KİV-in iştirakı ilə ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud saylı ekspertinin iştirakı ilə “Chatham House qaydaları” əsasında təşkil ediləcəyi və heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır. Habelə, bu tədbirin məhdud çərçivədə keçiriləcəyi nəzərə alınaraq onun barəsində "Chatham House"un internet saytında verilmiş elanın da çıxarıldığı deyilir.  

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin başçısı Bako Saakyanın çıxışı 8 iyul 2015-ci il tarixində nəzərdə tutulub. 

Əsas mövzular