00:33 26 Sentyabr 2017
Canlı yayım
Hava

Sabah Bakıda hava buludlu olacaq

AZƏRBAYCAN
Qısa URL
36 0 0

İyulun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 4 iyul — Sputnik. İyulun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək, havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarətinin 23-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

Bürodan onu da qeyd ediblər ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti sabah gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək.

Əsas mövzular