16:04 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
3201

Azərbaycanda daşınmaz əmlakın və avtomobillərin icbari sığortası qaneedici səviyyədə deyil. Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

BAKI, 2 iyul — Sputnik. Azərbaycanda daşınmaz əmlakın və avtomobillərin icbari sığortası qaneedici səviyyədə deyil. Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, 2013-cü ilin statistik məlumatlarına əsasən, ölkədə 3 milyondan çox daşınmaz əmlak olsa da, onun ancaq  8-10%-i icbati sığortaya cəlb olunub. “Azərbaycanda qeydiyyatda olan avtomobillərin sayı isə 1,2 milyondan çoxdur və onların da ancaq  50%-i icbari qaydada sığortalanır. Bu isə hər iki icbari sığorta növündə aşağı göstəricidir.”

Quliyev söğrtaçıların bu istiqamətdə qarşısında duran vəzifələrindən danışaraq bildirib ki, yaxın 2-3 ildə əsas məqsəd istər daşınmaz əmlakın, istərsə də avtomobillərin icbari sığortasını 90-95%-ə çatdırmaqdır. “Bununla bağlı müəyyən işlərin görülməsi üçün digər inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək layihə hazırlanır”, — deyə E. Quliyev qeyd edib.

E. Quliyev qeyd edib ki, “İcbari sığortaların inkişafı” barədə təsdiq edilən 3 illik proqramda da əsas məqsəd icbari sığortaların əhatə dairəsinin genişləndirilməsidir: “Xarici ölkələrdə avtomobillərin 2-3%-nin icbarı sığortalanmaması böyük rəqəm hesab edilir. Biz də bu rəqəmin maksimuma çatdırmağı planlaşdırırıq. Bununla bağlı cərimələr 5 dəfə artırılıb. Kütləvi informasi vasitələrində icbari sığortanın vacibliyi ilə bağlı reklam və maarifləndirmə işləri aparılır. Bunun nəticəsidir ki, ötən illə müqayisə avtomobillərin icbari sığortasında 13-14 % artım var”.

Sığorta qaydalarının pozulmasına görə cərimələrin də qaldırılacağını istisna etməyən E. Quliyev  deyib ki, bəziləri Azərbaycan cərimələr böyük olması barədə fikir söyləyir, ancaq bu belə deyil: “Müqayisə üçün icbari sığortası olmayan avtomobilə görə Azərbaycanda cərimə 50 manat olduğu halda, qonşu Qazaxıstanda 200 dollar cərimə tətbiq edilir”.

Elxan Quliyev qeydiyyatda olan, ancaq istifadəsi edilməyən nəqliyyat vasitələri barədə də danışıb: “Təxminən 200-300 min nəqliyyat vasitəsi kağız üzərində qeydiyyatda olan amma istifadə edilməyən nəqliyyat vasitələridir. Bu da müəyyən problemlər yaradır. Bununla bağlı da təkliflər haızrlamışıq”.

Əsas mövzular