19:24 23 İyun 2017
Canlı yayım
Əlil arabası

Bu il ölkədə 500 nəfərə yaxın şəxs əlil arabası ilə təmin edilib

radiovera.ru
AZƏRBAYCAN
Qısa URL
601

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bu ilin yanvar-aprel aylarında müvafiq tibbi göstərişi olan 491 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib.

BAKI, 29 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bu ilin yanvar-aprel aylarında müvafiq tibbi göstərişi olan 491 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, qeyd olunan dövrdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin eyni zamanda 269 ədəd aşağı ətraf və 37 ədəd yuxarı ətraf protezləri, 129 ədəd ortez-korset, 51 ədəd döş protezi, 781  cüt ortopedik ayaqqabı, 137 ədəd eşitmə aparatı, 7069 yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib.

Həmçinin əlilliyi olan şəxslərə məxsus 217 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib. Yanvar-aprel aylarında əlilliyi olan şəxslər ümumilikdə 9590 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Mərkəzin və  onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında son 4 ayda 190 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma və protezlə hərəkət edilmənin öyrədilməsi ilə bağlı müvafiq xidmətlər göstərilib, o cümlədən onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası istiqamətində  bərpa-müalicə işləri aparılıb. 

Əsas mövzular