19:34 23 İyun 2017
Canlı yayım
İctimai televiziya

Millət vəkilləri İTV-nin fəaliyyətini müzakirə ediblər

axar.az
AZƏRBAYCAN
Qısa URL
7 0 0

Milli Məclisin yaz sessiyasının son iclasında millət vəkilləri İTV-nin fəaliyyəti ilə bağlı təkliflərini və iradlarını səsləndiriblər.

BAKI, 29 may — Sputnik. Milli Məclisin yaz sessiyasının son iclasında millət vəkilləri İTV-nin fəaliyyəti ilə bağlı təkliflərini və iradlarını səsləndiriblər.

Sputnik xəbər verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa televiziyanın hesabat verməsi fikrini dəstəkləyib: “Heç bir halda cəmiyyət qarşısında onların çıxışını görmədim. İTV-nin çıxışını bir az da gücləndirmək lazımdır. Bu, formal hal daşımamamlıdır. Təklif edirəm ki, ictimai nəzarətə mane olan hadisələrə qarşı müəyyən normativ aktlar qəbul edək”.

Millət vəkili Fuad Muradov deyib ki, Yayım Şurasının üzvü olaraq, hər il hesabat təqdim edirlər: “Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Ancaq bu bir TV-dən başlaya bilməz. Ona görə ümumilikdə televiziyaya nəzarət güclənməlidir”.

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, onlara İTV ilə bağlı sənəd veriblər və o sənəd çıxarış formatındadır: “Bu, məktub formasında olmalıdır. Bunun Milli Məclisə nə dəxli var? Mən baxıram ki, Vüqar Zeynalovun televiziyaya heç bir dəxli yoxdur. İş yerləri və təhsili televiziyadan uzaq olan adamları bu sənəddə təqdim ediblər. Televiziyalarımız elə ona görə narazılıq doğururlar. Televiziyalarla bağlı dəfələrlə tənqidi sözlər səslənir. Bəs hansı nəzərə alınır?”.

Əsas mövzular