19:44 26 İyun 2017
Canlı yayım
İsti

İyun ayının hava proqnozu açıqlanıb

j100.ru
AZƏRBAYCAN
Qısa URL
37 0 0

Havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

BAKI, 29 may — Sputnik. Azərbaycan ərazisində iyun ayının hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-25 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20 dərəcə isti təşkil edəcək. Gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-12 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19 dərəcə isti təşkil edəcək. Gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 32-36 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında temperatur orta aylıq 15-19 dərəcə isti gözlənilir ki,bu da iqlim normasına yaxın olacaq. Gecələr 10-15 dərəcə isti təşkil edəcək. Gündüzlər 18-23 dərəcə isti olacaq, bəzi günlərdə 29 dərəcəyədək yüksələcək.

Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında temperatur orta aylıq 21-23 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18 dərəcə isti təşkil edəcək.

Gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında temperatur orta aylıq 19-22 dərəcəisti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 12-17 dərəcə isti təşkil edəcək. Gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox (norma 18-179 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperatur orta aylıq 23-25 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın olacaq.

Gecələr 15-20 dərəcə isti təşkil edəcək.Gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-36 dərəcə isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında temperatur orta aylıq 20-23 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20 dərəcə isti təşkil edəcək. Gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcə isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacaq.

Əsas mövzular