14:00 28 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
əməkdaşlıq

Azərbaycan və Argentina turizm sahəsində əməkdaşlıq edəcəklər

vdvesta.ru
AZƏRBAYCAN
Qısa URL
1001

Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.

BAKI, 29 may — Sputnik. Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası çərçivəsində Argentina mədəniyyət naziri ilə görüşən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

100-cü sessiya “Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçirilib. Sessiyada 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunması istiqamətində müzakirə aparılıb. 

Əsas mövzular