17:10 14 Dekabr 2017
Canlı yayım
AZƏRBAYCAN

Azərbaycan-Türkiyə-İran sərhəd qoşunları komandanlarının görüşü olacaq

AZƏRBAYCAN
Qısa URL
501

Bu il üç ölkənin iqtisadiyyat nazirlərinin görüşü də planlaşdırılır.

BAKI, 22 may — Sputnik. Azərbaycan-Türkiyə-İran sərhəd qoşunları komandanlarının üçtərəfli görüşü ilə bağlı hazırlıq işləri gedir. Bunu Sputnik-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

"Son illərdə bu üç ölkə arasında üçtərəfli əlaqələrə sahəsində ciddi işlər görülüb və əlaqələrimiz inkişaf etməkdədir. Biz regional əməkdaşlığın inkişaf etdirlməsində maraqlıyıq və bu istiqamətdə atılan bütün addımlara və təşəbbüslərə dəstək verməyə hazırıq", deyə səfir bildirib.

Onun sözlərinə görə, üçtərəfli formatda xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi ənənə halını alıb.

"Artıq XİN başçılarının bir neçə dəfə belə görüşü keçirilib və növbəti belə bir görüşün İranın şimal bölgələrindəki şəhərlərdən birində keçrilməsi nəzərdə tutulub. Hazırda növbəti görüşün reallaşması istiqamətində danışıqlar davam edir. Sadəcə tərəflərin iş qrafikinin gərginliyi görüşün reallaşdırılmasını ləngidir. Hər üç tərəf üçün münasib bir vaxt müəyyən edilən kimi görüş keçiriləcək və burada hər hansı bir problem və ya maneə yoxdur", — deyə iranlı diplomat qeyd edib.

Səfir onu da deyib ki, növbəti görüşdə də ənənəvi olaraq regional əməkdaşlığın inkişaf etdirlməsi, regionda və beynəlxalq aləmdə baş verən proseslər, təhlükəsizlik və sabitliyin  təmin olunması istiqamətində birgə əməkdaşlıq və əlaqələrin koordinasiya olunması, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

"Biz uğurlu əməkdaşlıq edirik. Xüsusən də beynəlxalq terrorizmə, narkotik qaçaqmalçılığına və sərhəd pozucularının qarşısının alınmasında birgə əməkdaşlıq edirik. Türkiyə ilə də yaxşı əməkdaşlığımız var və istəyirik ki, ikitərəfli əməkdaşlıqla yanaşı üçtərəfli formatda da əməkdaşlığmızı inkişaf etdirək. Çünki bu əməkdaşlığın inkişaf etdirlməsi hər üç ölkənin maraqlarına uyğundur."

Diplomat bildirdi ki, bundan əlavə üç ölkənin iqtisadiyyat nazirlərinin görüşü planlaşdırılır: "Bu görüşlər bu il reallaşacaq."

Əsas mövzular