02:59 18 Noyabr 2017
Canlı yayım
Dana Reyznieçe-Ozolo

Avropa İttifaqı Azərbaycana ümid edir

rus.tvnet.lv
AZƏRBAYCAN
Qısa URL
2510

Avropa İttifaqı enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın bundan sonra da əhəmiyəət daşıyacağına inanır.

BAKI, 21 may — Sputnik. Avropa İttifaqı enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın bundan sonra da əhəmiyəət daşıyacağına inanır.

Sputnik xəbər verir ki, bu fikri Latviyanın iqtisadiyyat naziri Dana Reyznieçe-Ozolo səsləndirib.

""Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin hər birinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu bizim üçün böyük maraq kəsb edir", deyə latviyalı nazir bildirib.

Onun sözlərinə  görə, Latviya Aİ-yə sədrliyi dövründə strateji enerji ittifaqının inkişaf etdirilməsi istiqamətində kifayət qədər aktiv olub: "Bu strategiyanın həyata keçirilməsində vəzifəmizin əsas tərkib hissəsi enerji təhlükəsizliyinın güclənməsi yollarını və yeni enerji mənbələrini axtarmaq olub. Bu baxımdan "Şərq tərəfdaşlığı"na üzv ölkələr bizim üçün böyük maraq kəsb edir."

Latviyalı nazir onu da əlavə edib ki, Azərbaycan bu məsələdə Avropa İttifaqının tarixi tərəfdaşı hesab olunur.

"Biz Avropa Birliyi olaraq bu ölkəyə inanır və ümid edirik", deyə o fikrini yekunlaşdırıb.    

Əsas mövzular