02:27 28 İyun 2017
Canlı yayım
Zahid Oruc

Deputat Zahid Oruc "Şərq tərəfdaşlığı"na qarşı

apa.az
AZƏRBAYCAN
Qısa URL
Riqa sammiti (8)
2101

İlham Əliyevin Riqa sammitinə qatılmamaqla bağlı verdiyi qərar Azərbaycanın Avropa İttifaqının ölkəmizə qarşı həyata keçirdiyi siyasətə gerçək reaksiyasını ortaya qoydu.

BAKI, 21 may — Sputnik. Prezident İlham Əliyevin Riqa sammitinə qatılmamaqla bağlı verdiyi qərar Azərbaycanın Avropa İttifaqının (Aİ) ölkəmizə qarşı həyata keçirdiyi siyasətə gerçək reaksiyasını ortaya qoydu. Bunu Sputnik-ə açıqlamasında millət vəkli Zahid Oruc deyib.

"Azərbaycanın demarş siyasəti nümayiş etdirməsi sübut edir ki, bundan sonra ölkə rəhbərliyi Qərbə münasibətlərinə yenidən baxmaq niyyətindədir", deyə millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, bir yandan Qərbin öz resurslarından istifadə edərək Azərbaycana qarşı kampaniya başlatması, digər tərəfdən də ondan Riqa sammitində yüksək səviyyədə təmsilçilik gözləməsi absurddur və heç bir məntiqə sığmır. "Hesab edirəm ki, Azərbaycan tərəfinin təqdim etdiyi yol xəritəsi iki tərəf arasındakı münasibətlərə tam aydınlıq gətirəcək. Ya Avropa Azərbaycanın maraqlarını tanımalı, ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərməlidir, ya da Azərbaycan bu proqramda iştirakdan tamamilə imtina edə bilər." — deyə Z.Oruc bildirib.

Millət vəkilinin fikrincə, artıq bir çox ölkələrin təhlükəsizliyinə ciddi təhdid mənbəyi olan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı iflasa uğrayıb: "Çünki fərqli tarixə, regiona və mövqeyə malik ölkələri bir çətir altında birləşdirmək özü yanlış addım idi. Məhz bu detalların nəzərə alınmaması "Şərq tərəfdaşlığını" iflasa uğradan əsas amillərdən biri oldu."

Millət vəkili Fərəc Quliyevsə Azərbaycan prezidentinin Riqa sammitində iştirak etməməsində hər hansı siyasi nüansın olmadığını bildirib: "Mən burada başqa siyasi məna axtarmıram. Hesab edirəm ki, 1-ci Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlətbaşçısının sammitdə iştirak etməmək barədə qərarına hörmətlə yanaşıram."

F.Quliyev əlavə edib ki, prezidentin guya hansısa avropalı siyasətçininAzərbaycana qarşı tənqidi fikrinə görə sammitdəiştirakdan imtina etməsi fikrilə razılaşmır:"Azərbaycan artıq Avropaya inteqrasiya və əməkdaşlıq etməklə bağlı öz strateji seçimini edib. Ona görə də bu cür məsələlərə reaksiya vermirik. Avropada Azərbaycanla əlaqələrdə maraqlıdır və bu maraqlar qarşılıqlı xarakter daşıyır."

Politoloq Elman Nəsirov bildirib ki, rəsmi Bakı öz xarici siyasət konturlarını Avropa İttifaqının ölkəmizə münasibətdə yeritdiyi siyasətə adekvat olaraq müəyyən edir.
"Azərbaycan Riqa sammitində iştirak edir,sadəcə, səviyyəməsələsi var. Azərbaycan iştirak formatını real situasiyaya qiymət verərək müəyyənləşdirib." —deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Aİ ilə əməkdaşlıqda hər zaman ölkənin milli maraqlarını önə çəkir:"Tək Brüssellə deyil, hər bir dövlət və təşkilatla münasibətlərdə Azərbaycanın milli maraqları prioritetdir. Azərbaycan Aİ ilə əməkdaşlıq xəttindədir, bu prinsipi prioritet hesab edir. Düşünürəm ki, Azərbaycan mayın 21-22-də "Şərq tərəfdaşlığı"nın Riqa sammitindəiştirakı məsələsinə toxunarkən bu reallıqları nəzərə almaq lazımdır."

E.Nəsirov qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Aİ ilə əməkdaşlıq xəttinə sadiqdir: "2007-ci il mayın 23-də qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyamızda da aydın şəkildə yazılıb ki, Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya xətti təşkil edir. Bu nöqteyi-nəzərdən Azərbaycanın Avropa İttifaqına münasibətdə atdığı addımlar, xüsusən enerji təhlükəsizliyi sahəsində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmə xətti seçməsi, bu məsələdə Avropaya dəstək verməsi hər kəsə bəllidir. Amma təəssüf ki, bəzən bizim avropalı tərəfdaşlarımız Azərbaycanın atdığı bu addımları lazımi səviyyədə qiymətləndirmir. Müəyyən tələblərin, xüsusilə ermənipərəst qüvvələrin mənafeyindən çıxış edərək qərəzli şəkildə Azərbaycana qarşı siyasət yeridirlər."

 

Mövzu:
Riqa sammiti (8)

Əsas mövzular