08:23 14 Dekabr 2017
Canlı yayım
Xələf Xələfov

Xələfov Kanada şirkətlərinə xəbərdarlıq etdi

© AZƏRTAC
AZƏRBAYCAN
Qısa URL
2501

Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə vadar etmək üçün ikili standartların tətbiqinə son qoymalı və ədalətli mövqe nümayiş etdirməlidir.

BAKI. 21 may — Sputnik. Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə vadar etmək üçün ikili standartların tətbiqinə son qoymalı və ədalətli mövqe nümayiş etdirməlidir.

Sputnik xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada Parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü, həmçinin Parlamentdə fəaliyyət göstərən Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolinlə görüşdə deyib.

X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin regional inkişaf və inteqrasiyaya başlıca əngəl olduğunu bildirib. O qeyd edib ki, bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq ictimaiyyət ikili standartların tətbiqinə son qoymalı, ədalətli mövqe nümayiş etdirməlidir.
Nazir müavini əlavə edib ki, NATO-nun üzvü olan Kanada da bu prosesdə fəal olmalı,ölkə şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinə yol verməməlidir.

Görüşdə Azərbaycan-Kanada ikitərəfli əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin mühüm yer tutduğu vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sferada əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var.

Azərbaycana 4-cü dəfə səfər etdiyini bildirən B.Devolini ölkəmizin gündən-günə inkişafı və tərəqqisinin onda xoş təəssüratoyatdığını qeyd edib. Deyib ki, Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üçün mövcud potensialların konkret layihələrdə əksini tapması faydalı olacaq.

 

Əlaqədar

Robert Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində səylərini davam etdirir
Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir
NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq

Əsas mövzular