19:35 26 İyun 2017
Canlı yayım
Ağ Ev

ABŞ Azərbaycana başsağlığı verib

nbcnews.com
AZƏRBAYCAN
Qısa URL
1 0 0

ABŞ-ın mayın 19-da Bakının Binəqədi rayonunda baş vermiş yanğının qurbanları ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

BAKI, 20 may – Sputnik. ABŞ-ın mayın 19-da Bakının Binəqədi rayonunda baş vermiş yanğının qurbanları ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyini saytında yer alıb.

Başsağlığında deyilir: “Birləşmiş Ştatların xalqı və hökuməti mayın 19-da yaşayış evində baş vermiş faciəli yanğınla bağlı dərin hüznlə başsağlığı verir və yanğın qurbanlarının ruhuna dualar diləyir. Həyatlarını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə sağalmağı diləyirik”.  

Xatırladaq ki, Bakının Binəqədi rayonunda baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Əlaqədar

Prezident yanğınla bağlı günahkarların cəzalandırılmasını tapşırıb

Əsas mövzular