21:50 19 Noyabr 2017
Canlı yayım
Nabat filmi

"Nabat"ın mükafatı Kannda təqdim edilib

azertag.az
AZƏRBAYCAN
Qısa URL
401

Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun "Nabat" filmi "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb

BAKI, 16 may — Sputnik. Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun "Nabat" filmi "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Médard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub.

Mükafatı qəbul edərkən Azərbaycanfilm kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür edərək festivalla əməkdaşlığı davam etdirəcəyini bildirib.

Əsas mövzular