15:56 17 Dekabr 2017
Canlı yayım
Avropa oyunları

“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək

novosti.az
AZƏRBAYCAN
Qısa URL
Bakı Avropa oyunlarının məşəli (5)
402

Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri bazar günü keçiriləcək

BAKI, 16 may — Sputnik. “Bakı-2015” mayın 17-də nəqliyyatın ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlığını sınaqdan keçirəcək.

Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 08:00-dan 14:00-dək davam edəcək. Tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayının artacağı gözlənilir. Buna səbəb iyunun 12-də start götürəcək birinci Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan keçirməkdir.

“Bakı-2015” ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsinə zəng etməklə, Nəqliyyat Nazirliyi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin internet səhifələrindən, radio, sayt və “Facebook” səhifəsi də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etmək olar.

Mövzu:
Bakı Avropa oyunlarının məşəli (5)

Əlaqədar

“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi
"Bakı-2015" zamanı qonaqlara 400 tələbə ilkin tibbi xidmət göstərəcək

Əsas mövzular