15:58 17 Dekabr 2017
Canlı yayım
Həsən bəy Zərdabi

Həsən bəy Zərdabinin ev muzeyi

oguz-news.net
AZƏRBAYCAN
Qısa URL
10402

Göyçay qəzasının Zərdab kəndində anadan olan Həsən bəy Zərdabi böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisidir

BAKI, 13 may — Sputnik. Göyçay qəzasının Zərdab kəndində anadan olan Həsən bəy Zərdabi böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisidir.

İndi Zərdab rayonunda da bu böyük dahinin adını daşıyan bir ünvan fəaliyyət göstərir. H.Zərdabi muzeyi. Rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü ilə 2005-ci ildə yaradılan muzeydə böyük mütəfəkkirin ailəsinə, qohumlarına aid əşyalar toplanıb.

Burada hələ çox qədim zamanlarda Zərdabi nəslinin istifadə etdiyi məişət avadanlıqları da qorunur. Həm tarixilik baxımından, həm də Zərdabilərə məxsus olduğundan cəhrə, yun darağı, güyüm, nehrə, samovar və s. kimi əşyalar diqqət çəkir. Muzeydə Zərdabinin əlyazmaları və "Əkinçi" qəzetinin bir neçə nüsxəsi də saxlanılır. O cümlədən, Zərdabinin ailəsinə, yaxın qohumlarına məxsus şəkillər də divarları bəzəyir.

Muzeyin həyətində naşirin abidəsi var. Buraya gələnlər böyük şəxsiyyətin büstü önünə gül dəstələri qoyaraq muzeyə daxil olurlar. Buradakı eksponatların arasında qədim bir lampa var. Deyilənə görə, uzun illər bu lampanın saldığı işıq altında Zərdabi "Əkinçi" üçün məqalələr yazıb. Burada, həmçinin sənətkarın yaşadıgı dövrü, onun həyatını, fəaliyyətini əks etdirən fotoşəkil və sənədlər toplanılıb. 

Zərdabinin ev muzeyi
kepeztv.az
Zərdabinin ev muzeyi

Kəpəz TV

Əsas mövzular