Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.
“Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq”.
Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin fərqinə varmırıq.
Putin bəyan edib ki, əgər razılaşma pozulsa, tökülən qan bu adamların boynunda qalacaq: “Bunu hamı başa düşməli və özünə hesabat verməlidir”.
Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər.
Bu günə kimi, 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55000 şagirdə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) dərsləri keçirilir.
Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pulu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini eşidən rayon sakinləri Quzanlı qəsəbəsində zəfər aksiyasını əsl bayrama çeviriblər.
Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq.
Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilməlidir.
İnzibati tənbeh almış şəxs eyni əməli 1 il ərzində təkrar törətməyə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.
"Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin".
Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik.
"Rusiyada milyonlarla erməni və azərbaycanlı yaşayır. Bizi bu respublikalarla çoxəsrlik əlaqələr bağlayır” - Putin bildirib.
2002-ci ildə isə Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan Vaqarşak Arutyunyanı general-leytenant rütbəsindən məhrum edib.
Dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.
Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.
Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəhbəri Artur Vanetsyan qeyd edib ki, nə o, nə də onunla həmfikir olan şəxslər müharibəni bərpa etmək niyyətində deyil.
Fransa senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı məsələyə müzakirəyə çıxarılacaq. Bu, müzakirəyə çıxarılmayacaq bir məsələdir.